Baydenin nə qədər ömrü qalıb?
Ağ Evin keçmiş həkimi və ABŞ Konqresinin üzvü Ronni Cekson ABŞ-nin sabiq prezidenti Co Baydenin dördüncü mərhələ prostat xərçəngi ilə bağlı çox diqqətçəkən açıqlama verib.
BAKU.WS xəbər verir ki, o bildirib ki, xəstəlik sümük metastazı mərhələsinə çatıb və Baydenin yalnız 12-18 ay ömrü qala bilər.
Cekson əlavə edib ki, bu onun ixtisas sahəsi olmasa da, görüşdüyü uroloqların fikrincə, vəziyyət ağırdır. "Ümid edirəm daha uzun yaşayar, amma xəstəlik çox irəliləyib", – deyə o bildirib.
Xatırladaq ki, Ronni Cekson daha əvvəl Barak Obama və Donald Trampın da Ağ Evdə həkimi olub. Onun bu açıqlamaları ABŞ-da böyük rezonansa səbəb olub.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...