VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinə cəhd olunub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifov Anar Knyaz oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhəri sakini Quliyev Şahmar Seyfəl oğlunun gətirdiyi sovqatlara və üzərinə baxış zamanı corabının içərisində gizlətdiyi 0.503 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

BAKU.WS