13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Bakının Nəsimi rayonunda 36 yaşlı qadın özünü yandırıb.


Rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən "Mərkəzi Bazar" ərazisində qeydə alınıb.


Bazarın balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü Xatirə İmanova özünü yandırıb. Qadın üstünə benzin töküb. Qadın dərhal alışıb və hadisə yerindəcə yanaraq ölüb.

İlkin ehtimala görə, qadının pul ilə bağlı problemləri olub. Lakin hadisənin dəqqi səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı cinayət işi başlanıb. İş müstəntiq Hafiz Əliyev tərəfindən aparılır. Araşdırmalara başlanılıb. 

 

Ziya Səccad

BAKU.WS