Türkiyədə sərnişin avtobusunda qadına təcavüz etmək istəyən şəxs yaxalanıb.

BAKU.WS
“haberler”ə istinadən xəbər verir ki, hadisə Bursa vilayətinin Osmangazi qəsəbəsində qeydə alınıb.

Bələdiyyə avtobusunda sərnişinlərdən biri qadına əl ataraq sataşıb. Daha sonra ona təcavüz etmək istəyib. Bundan sonra təcavüzə uğrayan 33 yaşlı E.Y hay-küy salıb. Bu zaman avtobusda olan digər sərnişinlər qıza sataşan 41 yaşlı kişini döyməyə başlayıblar. Sürücü dərhal hadisə yerinə polis çağırıb.

Qadına təcavüz etmək istəyən şəxsi polis saxlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Cavid Babayev
BAKU.WS