SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, tanımadığı qıza kömək etmək cəhdi 22 yaşlı azərbaycanlı Nazir Maksimov üçün faciə ilə bitib.

BAKU.WS-in məlumatına görə, “ATV xəbər” üzməyi bacaran Nazirin çaydan hansı səbəbdən sağ çıxmadığını üzə çıxarıb.

Nazirin dostu Elşən Salmanov öz açıqlamasında bildirib ki, dərhal belinə ip bağlayaraq, onu xilas etməyə çalışıb, amma heç bir nəticə əldə edə bilməyib. Bundan sonra əraziyə gələn xilasedicilər Nazir Maksimovun cansız bədənini sudan çıxarıb. Onun cəsədi sahildən 25 metr aralıda, 2,5 metr dərinlikdə tapılıb. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə görə, gənc suyun soyuq olması üzündən bədənində qıcolmalar yaranıb və buna görə də boğulub.

Sankt-Peterburq şəhərinin Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini Elman Manafov qeyd edib ki, həmyerlimizin nəşi artıq doğulduğu Qusar rayonuna göndərilib.

BAKU.WS


[media=https://www.youtube.com/watch?v=WWITdWJN9Xc&feature=youtu.be]