VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda baş verən qətllə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 3-də saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirib.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Cəfərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

BAKU.WS