SİZİN REKLAM BURADA!
055 213 76 73



Qazaxda yol qəzası baş verib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, Quşçu Ayrım kəndində "BMW" markalı minik avtomobili dərəyə düşüb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS