SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün Ağdaşda ağır yol qəzası nəticəsində bir nəfər ölüb.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdaş rayonunun Türyançay kəndində 1989-cu il təvəllüdlü Əfqan Elton oğlu Əliyevin idarə etdiyi "Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Nəticədə sürücü Əfqan Əliyev, onun atası 1962-ci il təvəllüdlü Elton Əliyev, onun qaynanası 1948-ci il təvəllüdlü Fatimə Quliyeva, bacısı 1944-cü il təvəllüdlü Südabə Quliyeva və ailənin qohumu, 1966-cı il təvəllüdlü Ruhəngiz Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Südabə Quliyeva hadisə yerində, bacısı Fatma Quliyeva isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS