Yasamalda yanğın baş verdi (VİDEO)

Yasamalda yanğın baş verdi (VİDEO)
Video
Hadisə 1678

  Bakının Yasamal rayonunu qara tüstü bürüyüb. BAKU.WS-in məlumatına görə, hadisə "Vital" Klinikanın yerləşdiyi binaya yaxın ərazidə baş verib. Bəzi kütləvi informasiya vasitələrində klinikanın binasının yandığı yazılsa da sonradan rəsmi qurumlar məlumatı təkzib edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əslində bina yanmır. Binanın yaxınlığındakı məişət tullantıları yanır. Zibilin içərisində təkər və plastmas əşyalar olduğu üçün alovdan qara tüstü çıxıb. Məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın gedib və qısa zamanda yanğının qarşısı alınıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda intihar etmək istəyən qadını belə xilas etdilər (VİDEO, FOTO)

Bakıda intihar etmək istəyən qadını belə xilas etdilər (VİDEO, FOTO)

Bu gün Bakının Nizami rayonunda bir qadın intihar etmək istəyib. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin xilasediciləri cəlb olunub. BAKU.WS-in Minval.Az-a...

4100 Hadisə 14:55 11 avqust 2015

Son xəbərlər