SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə azərbaycanlı iş adamı həyat yoldaşını başqa kişiyə satmaq istəyib.

BAKU.WS
"Haberler" saytına istinadən xəbər verir ki, arvadını başqa kişiyə satmaq istəyən 34 yaşlı Elmir A. saxlanılıb. Onu həyat yoldaşı 30 yaşlı Sevinc Kərimovanın şikayəti əsasında tutublar.


Qadın bildirib ki, keçmiş həyat yoldaşı Sevinc Kərmovanı Türkiyəyə dəvət edən Elmir A. Onunla yenidən evlənmək istədiyini bildirib.

Belə ki, cütlük 5 il ailəli olub. Sevinc Kərmovanın sözlərinə görə, əri onu döydüyü üçün həyat yoldaşından ayrılmaq qərarına gəlib. Hətta Elmir A. arvadını döydüyü üçün bir il həbs cəzasına məhkum edilib. Elmir A. həbsdən çıxdıqdan sonra keçmiş həyat yoldaşına barışıq təklif edib. Onlar birlikdə Antalyaya köçüblər. Sevinc Kərimova başına gələnləri polisə ifadəsində bu sözlərlə ifadə edib:


"Bir gün mənə dedi ki, axşam qonağım olacaq. Evə tanımadığımız bir kişi ilə gəldi. Onu evdə qoyub özü evi tərk etdi. Həmin şəxsin evdə alt paltarı ilə gəzdiyini, mənə qəribə baxışlarla baxdığını görəndə uşaqlarımı da götürüb otağa keçdim. Bir müddət sonra keçmiş ərim evə gəldi. Çox əsəbiləşmişdi. Qollarımdan tutub məni yatağa itələdi və üstümə çıxıb yumruqlamağa başladı. Övladlarımızın gözü önündə 11-ci mərtəbədən yerə atmaq istədi".

Qadını 2 azyaşlı uşağının gözü qarşısında döyən kişi onu başqa kişi ilə cinsi əlaqəyə girməyə məcbur edib. Lakin qadın onun dediklərinə əməl etməkdən boyun qaçırıb.

Qadın polisə bildirib ki, vətəninə qayıtmaq istəyir. Ona yardım edilib. Qonşularının da köməyilə Bakıya göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, Elmir A. rəsmən başqa qadınla evlidir. Onun Türkiyədə reklam agentliklərindən birində çalışdığı qeyd edilir.

BAKU.WS