Gürcüstanda saxta dollar satan 2 azərbaycanlı saxlanılıb

19
may
2018
14:19
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti saxta pul satmaqda şübhəli bilinən 2 azərbaycanlını saxlayıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, Dmanisi rayon sakini Tanrıverdi K. adlı şəxs Gürcüstan vətəndaşına saxta pul almağı təklif edib. O, saxta pulları Türkiyədən gətirdiyini bildirib.Tanrıverdi K. ortağı olan Rusiya vətəndaşı Vilayət A. ilə Gürcüstan vətəndaşına saxta 4 min dollar verərək əvəzində 1400 dollar alıblar.Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bankda saxta dollar xırdalamaq istəyən şəxs saxlanılıb
Bu gün Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, kimliyi hələlik məlum olmayan şəxs banklardan bir...
