SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskvada olan Türkiyə səfirliyinə qarşı dünən axşam saatlarından etibarən başlayan etiraz nümayişləri bu gün daşlı hücuma çevrilib.
 
BAKU.WS-in məlumatına görə, səfirlik binasının ikinci mərtəbəsindəki ofislərin şüşələri atılan daşlarla qırılıb. Dünəndən etibarən Rusiya hərbi təyyarəsinin Türkiyə sərhədində vurulmasına etiraz əlaməti olaraq ruslar Moskvadakı Türkiyə səfirliyinin binası qarşısında aksiya keçirir. 
 
Axşam saatlarından səfirlik qarşısında toplanan və türk səfirinin ölkəni tərk etməsi istəyən nümayişçilər Türkiyə əleyhinə şüarlar səsləndirib. 
 
Xatırladaq ki, dünən səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olduğu iddia edilən SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-lar ölkənin hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub. 
 
Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib. 
 
Şahin Həbibov
BAKU.WS