SİZİN REKLAM BURADA!
055 213 76 73



Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb.
 
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, hadisə rayonun Dövrüşlü kəndində baş verib. Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxarkən halı pisləşib, sonradan isə vəfat edib.
 
Ə. Hüseynlinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.
 
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS