İntihar edən məktəblinin məktubu ortaya çıxdı: “Peyğəmbərimin yanına gedirəm”

İntihar edən məktəblinin məktubu ortaya çıxdı: “Peyğəmbərimin yanına gedirəm”
Hadisə 5393
Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb.Rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.Bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.Məktubda bunlar qeyd edilib: “Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.APABAKU.WS

Oxşar xəbərlər

Təhlükəli oyun Azərbaycanda yayıldı: Gənclər özünü öldürməyə başladı

Təhlükəli oyun Azərbaycanda yayıldı: Gənclər özünü öldürməyə başladı

Ağdaş rayonunun Ləki qəsəbəsində 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı son vaxtlar geniş səs-küy doğuran “Mavi Balina” oyunu ilə əlaqədardır.BAKU.WS...

18225 Hadisə 13:15 04 dekabr 2017

Son xəbərlər