Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub
15
may
2018
20:14
Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisə rayonun Dövrüşlü kəndində baş verib. Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxarkən halı pisləşib, sonradan isə vəfat edib. Ə. Hüseynlinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda kişi üstündə qətl: Qadın sevgilisinin arvadını öldürdü
Lənkəran sakini qətlə yetirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Həmin ünvan...