VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.

BAKU.WS 
APA-ya istinadən verdiyi məlumata görə,bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.

Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.

Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

BAKU.WS