Bakıda körpələr evində yanğın:, 18 uşaq xilas edilib
14
apr
2017
19:43
Bakıda körpələr evində yanğın olub.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.
Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu, ölən var
Sumqayıtda yaşayış binasında yanğın olub. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər ərazisində dördmərtəbəli yaşa...