Azərbaycanda poliklinikada yanğın: 22 nəfər təxliyyə olundu
31
okt
2016
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə poliklinikada yanğın olub.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 kv.m olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.
Yanğın zamanı poliklinikanın 1-ci mərtəbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə) tüstülənmiş ərazidən təxliyə olunub.
Poliklinika binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda dəhşətli yanğın - 3 nəfər zəhərləndi, 12 nəfər təxliyyə olundu
Sumqayıtda kafelərdən birində güclü yanğın olub. BAKU.WS Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın gecə saatlarında vətəndaşa məxs...