Azərbaycanda baş verən zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 14-də yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində 13 kilometr dərinlikdə 4.9 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
***21:00
Quba rayonunda zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ölkənin şimal bölgəsində bir çox ərazilərdə hiss olunub.
Oxşar xəbərlər
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlu...