42 nəfərin yaralandığı avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı - VİDEO
22
fev
2019
11:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda marşrut avtobusunun minik avtomobili ilə toqquşması ilə bağlı cinayət işi başlanıb.BAKU.WS xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb. Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb. Hadisə nəticəsində 42 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda 42 nəfərin yaralandığı dəhşətli qəzanın baş verdiyi an (VİDEO)
Sumqayıtda marşrut avtobusunun dəhşətli qəza anı müşahidə kamerasına düşüb. BAKU.WS xəbər verir ki, ətrafdakı obyektlərdən birinin kamerasına düşən görüntüdə qə...