SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, kimliyi hələlik məlum olmayan şəxs banklardan birinin Nəsimi rayon filialına yaxınlaşaraq, saxta 300 ABŞ dolları məbləğində pulu dəyişmək istəyib. Bank əməkdaşları pulun saxta olduğunu görüb, polisə məlumat veriblər.

Hadisə yerinə gələn polislər həmin şəxsi saxlayıb, polis bölməsinə aparıblar.

BAKU.WS