Qiyamətin əlamətlərindəndir ki, camış da sahiblərinə hücum edir. Bilirsizmi, insan nəyisə öyrənib biləndə yaxşı olur. Əvvəllər, qədim zamanlarda hələ informasiya bolluğu olmayan vaxtlarda insanlar ev əhlinin nadincliyini öz günahlarına görə olduğunu dərk edirdilər" .
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov son günlər Azərbaycanda mal-qaranın insanlara hücum faktları ilə bağlı fikirlərini Facebook-dakı səhifəsində bölüşüb.
Xatırladaq ki, Sabirabadda camış insanlara hücum edib. Avqustun 10-da Sabirabad rayonunun Qarağac kəndində yerli sakin Şəmsi İbrahimova məxsus camış ona və həmyerlisi Rafiq Əzizova müxtəlif dərəcəli xəsarətlər yetirib.
Ş.İbrahimov hadisə yerində ölüb.
BAKU.WS Milli.Az-a istinadən bildirir ki, Ə.Həsənov yazıb: "Bir aqil olur və deyir ki, heyvanımın mənə qarşı asiliyi mənim öz günahlarıma görədir. Qədim zamanlarda Allaha inananlar düşünürdülər ki, onlara olan asilik hədər yerə deyil. Onlar günahı asi olanda yox, özlərində axtarardılar. Düşünərdilər ki, görəsən, mən nə edirəm ki, heyvanlarım və əlimin altında olanlar mənə qarşı asilik edir. Nəticədə öz-özlüyündə sorğu-sual aparar və özünü düzəldib islah edərdi. Beləcə bir müddət ev əhlindən və ev heyvanlarından özünə qarşı asilik edən görməzdi.
BAKU.WS