Sənətə təsadüfən gəlib MƏŞHURLAŞAN ULDUZLAR - SİYAHI

Sənətə təsadüfən gəlib MƏŞHURLAŞAN ULDUZLAR - SİYAHI
Şou-biznes 356

Bəzi türkiyəli məşhurlar var ki, onlar sənətə planlı şəkildə deyil, təsadüfən gəliblər. Bu baxımdan onlar ən şanslı insanlar hesab edilə bilər. Bunlar arasında müğənnilər və aktyorlar var.

Bu dəfə BAKU.WS sözügedən məşhurları araşdırıb. Həmin tanınmışların adlarını təqdim edirik:

Aktrisa Fahriye Evcen

Aktrisa Almaniyada yaşadığı halda Türkiyəyə qonaq gəlir. Bu zaman Oya Aydoğanın verilişinə tamaşaçı kimi qatılır. Oya onun gözəlliyinin fərqinə varır və yanına gələrək "Sən efirə çox yaraşarsan" deyə bildirib. Onun prodüser dostu ilə tanış edir. Beləliklə Fahriye aktrisa olur.

Aktyor Necati Şaşmaz

ABŞ-də yaşayan Necati Şaşmaz 2001-ci ildə ailəsini görmək üçün Türkiyəyə gəlir. O Nyu Yorka qayıtmaq üçün bilet alır. Əkiz Qüllələrin partlaması onun Türkiyədə qalmağına səbəb olur. Bu zaman Osman Sınav ona Polat Alemdar rolunu təklif edir və o Türkiyədə qalaraq məşhurlaşır.

Müğənni Hande Yener

Onun işlədiyi bir geyim mağazasına Hülya Avşar gəlir. Bu zaman Hande Hülyaya "Çox gözəl səsim var xahiş edirəm bu səsi Sezen Aksuya qulaq asdıra bilərsiniz" deyə sual verib. Daha sonra Handeyə zəng gəlir və Sezen Aksunun onu gözlədiyi bildirilir.

Aktrisa Hande Soral

O ilk dəfə Tolqa Çevikin tok-şousunda tamaşaçı kimi iştirak edib. "Səhnəyə çıxmaq istəyən varmı?" deyəndə o səhnəyə çıxıb və performans ilə yddaşlarda qalıb. Daha sonra yaxşı və uğurlu karyerası başlayıb.

Aktyor Burak Özçivit

Aktyorun atası ondan xəbərsiz "Best Model" yarışmasına foto atıb. Lakin foto zibilə atılıb. Təşkilatçılar daha sonra bu fotonu təsadüfən görüblər. Hazırda onun uğurlu karyerası var.

Aktrisa Hazar Ergüçlü

O teatra gələrkən təsadüfən rejissor Derviş Zaim tərəfindən kəşf edilib. O ilk dəfə "Gölgeler və Süretler" adlı filmdə rol alıb. Daha sonra aktrisanın uğurlu karyerası başlayıb.

Müğənni İrem Derici

İrem təsadüfən qatıldığı "O ses Türkiye" verilişində kəşf edilib. O finala qədər yüksəlib və indi uğurlua karyerası var.

Oxşar xəbərlər

Son xəbərlər