Hər dilədiyi, istədiyi gerçəkləşən 3 BÜRC - Kainat sanki onların tərəfindədir
Bəzən elə insanlar olur ki, sanki həyat onlara "xüsusi üstünlük" verir. İstədikləri olur, arzuladıqları bir-bir reallaşır.
Astroloqlar deyirlər ki, bu, sadəcə bəxt məsələsi deyil - bəzi bürclərin enerjisi və düşüncə tərzi elə formalaşıb ki, kainat onlara cavab verməyə "borcludur".
BAKU.WS arzuları tez-tez gerçəkləşən 3 ən "bəxtəvər" bürcü təqdim edir:
Qoç
Qoç bürcü üçün "istəmək - hərəkətə keçmək" deməkdir. Onlar heç vaxt arzularını yalnız düşüncə səviyyəsində saxlamır, dərhal addım atırlar. Məhz bu cəsarət və inadkarlıq onların istədiklərini reallaşdırır. Qoç nəyi planlaşdırırsa, bir yol tapıb onu həyata keçirir.
Buğa
Buğalar arzularını tələsmədən, amma səbir və ardıcıllıqla qurur. Onlar üçün "mümkün deyil" anlayışı yoxdur. Öz istədikləri həyatı yavaş-yavaş, amma möhkəm təməllərlə yaradırlar. Nəticədə hər arzuları gec-tez gerçəyə çevrilir.
Şir
Şirlər üçün kainat bir növ səhnədir - onlar istədiklərini qətiyyətlə tələb edir və enerjiləri ilə ətrafdakıları da öz arzularına inandırırlar. Özünəinamı və pozitiv enerjisi sayəsində Şir bürcü çox vaxt həyatında "möcüzəvi təsadüflərlə" qarşılaşır.
Oxşar xəbərlər
Hansı bürclərin gözündən düşsəniz, bir də geriyə yol olmayacaq?
Bəzi insanlar incikliyini tez unudub münasibətlərə ikinci şans verir. Digərləri isə etimad sarsıldıqdan sonra geri addım atmır. Astroloqların fikrincə, bəzi bür...