SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan mağazanın ümumi sahəsi 10 m2 olan köməkçi otağının yanar konstruksiyaları yanıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

BAKU.WS