4 yaşındakı qızı təcavüz edib öldürən cinayətkarı küçədə sürüyüb öldürdülər (VİDEO)

4 yaşındakı qızı təcavüz edib öldürən cinayətkarı küçədə sürüyüb öldürdülər (VİDEO)
Video
Hadisə 3145

 

Boliviyada 4 yaşlı qızın təcavüz edilərək öldürüldüyü məlum olub.

BAKU.WS-in məlumatına görə, polis şübhəli şəxsi yaxalaya bilib. Ancaq qəzəbli kütlə polis bölməsinə hücum çəkərək cinayətkarı bayıra sürüyüb.

İnsanlar şübhəli şəxsin hakim qarşısına çıxarılmasına qarşı çıxıb və bildirilib ki, ədaləti özlərinin təmin edəcək. 

Həmin anlar bir cib telefonu kamerası tərəfindən çəkilib. Qəzəbli kütlə şübhəli şəxsi polis bölməsindən çıxararkən yumruqlayır və daha sonra adamı bir ağacın yanına gətirir. Videonun sonunda ağaca asılaraq öldürülən adamın boynunda ip olduğu görünür. Polis əməkdaşlarının sayı az olduğu üçün kütləyə müdaxilə etməyib. 

Nazim Babayev

BAKU.WS

Son xəbərlər