4 milyonluq POZUNTU: Zaur Hüseynovun dövrü TƏFTİŞ EDİLDİ
![4 milyonluq POZUNTU: Zaur Hüseynovun dövrü TƏFTİŞ EDİLDİ](https://baku.ws/storage/photos/uploads/thumbs/large/JxDfbzSLDI42zzQdNZpevWbY3yprhBXD1KclrimK.webp)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.
Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.
Oxşar xəbərlər
Sosial şəbəkədən avtomobil sifarişi verdi, nə maşını gəlir, nə də pulu geri qaytarılır...
Paytaxt sakini sosail şəbəkələrin birində xaricdən maşın sifarişi ilə bağlı elan görüb. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı sakini Hamlet Sad...
![](/images/banners/placeholder_home_right_az.jpg)