4 arvad alan kişinin qaçırdığı nişanlı qız üzə çıxdı (VİDEO)
Oğlanın atası qoşulub qaçdığını, qızın atası isə oğurlandığını deyir. Söhbət bir neçə gün öncə Cəlilabad rayon Boyaxanlı kəndində 17 yaşlı Sahibə Dadaşovanın evli kişi tərəfindən qaçırılması iddiasından gedir.
BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, qaçırıldığı iddia edilən Sahibə Dadaşovadan 2 gündür ki, xəbər yox idi. Artıq qız tapılıb. Məlum olub ki, nişanlı qız bir neçə gün öncə həmkəndlisi Zaur Musayev ilə öz istəyi ilə qoşularaq qaçıb. Onlar 2 gün Bakı şəhərində qalıblar.
Gülbala Musayev deyir ki, burada hər hansı zorakılıq olmayıb. Hətta qız evdən çıxarkən paltarların və metirkasın belə özü ilə götürüb. Lakin qızın valideynləri onun azyaşlı olduğun əsas gətirərək övladlarının aldadıldığını və eləcə də qızın geri qayıtmasını istəyirlər. Oğlanın valideynləri onların evlənmələrinə razıdır.
Ancaq Qızın valideynləri bununla heç cür barışmırlar. Buna səbəb olaraq isə qızı qaçıran Zaur Musayevin artıq 4 cü dəfədir ki, evləndiyini əsas gətirirlər.
Qeyd edək ki, Sahibə Dadaşovanın 17 yaşı var. O, bu il 11 ci sinfə gedəcəkdir. Məsələ ilə bağlı Cəlilabad rayon polis şöbəsindən bildirildi ki, fakt araşdırılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı (FOTO)
2 gün öncə Cəlilabad rayonunun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız tapılıb. BAKU.WS bildirir ki, qızın yaxınlarının "qafqazin...