Şahbaz Quliyev: “Qızım sizə əmanətdir”

Şahbaz Quliyev: “Qızım sizə əmanətdir”
Hadisə 1339

Ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub yazıb.

Bu barədə Şahbaz Quliyevin bacısı İdarə Quliyeva BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, qardaşı məktubunda bildirib ki, səhhətilə bağlı hər şey qaydasındadır.

"Yazır ki, hər şey yaxşıdır. Səhhətindən şikayət etmir. Bütün məktublarında qızını, anasını soruşur. Deyir ki, qızım sizlərə əmanətdir. Onun qayğısına qalın. İmkan dərəcəsində qızının təhsil haqqısının ödəməyimizi istəyir”, - deyə İradə Quliyeva bildirib.

İradə xanım deyir ki, məktub həqiqətən də Şahbaz Quliyev tərəfindən şəxsən yazılıb: "Mən onun xəttini tanıyıram. Rus dilli olduğu üçün kiril hərflərilə yazıb”.

Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ata-baba yurdlarını, yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcərə gediblər. Lakin onlar Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib. Onun cənazəsi bir neçə ay sonra Azərbaycana təhvil verilib.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Dilqəmin Qarabağda çəkdiyi son kadrlar (VİDEO)

Dilqəmin Qarabağda çəkdiyi son kadrlar (VİDEO)

Ermənilərin girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun Qarabağda çəkdiyi son görüntülər yayılıb. BAKU.WS-in məlumatına görə, həmin video Ermənistan mətbuatı...

3113 Hadisə 11:59 24 sentyabr 2015

Son xəbərlər