İran vətəndaşlarından narkotik əldə edərək satmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Bakının Səbail rayonunda saxlanılan şəxslərdən iki kiloqram heroin aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.
"Onların üzərindən iki kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti aşkarlanıb
Gürcüstanın paytaxtı Tbilisidə Kür çayına düşən avtomobilin və içərisindəki şəxslərin axtarışları zamanı qadın meyiti aşkarlanıb. "Report"un yerli bürosu 24News...
