Xalq artisti, Dövlət mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Səməd Vurğun adına Rus Dram teatrından məlumat verilib.
Məlumata görə, o, xəstəlik nəticəsində, 92 yaşında dünyadan köçüb.
Qeyd edək ki, Martınova həmin teatrda 30 il quruluşçu rejissor olaraq çalışıb.
BAKU.WS