HƏMAS-dan İsrailə xəbərdarlıq
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqları uzanarsa və ya İsrailin təqsirindən pozularsa, anklavda saxlanılan 10 girovu azad etmək təklifindən imtina edə bilər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla HƏMAS-ın hərbi qanadı - "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə "Əl-Cəzirə" telekanalında çıxış edib.
O bildirib ki, əgər düşmənin danışıqlar aparan şəxsləri israr etməkdə davam edərsə və ya cari məsləhətləşmələri pozarsa, bu, İsrail üçün fəsadsız ötüşməyəcək.
Əbu Ubeydə qeyd edib ki, onun qrupu genişmiqyaslı müharibəyə də hazırdır. O, həmçinin bildirib ki, HƏMAS-ın hazırkı mərhələdə məqsədi mümkün qədər çox İsrail əsgərini öldürmək, eləcə də qaçırmaqdır.
Oxşar xəbərlər
Ukrayna qanunvericiliyində əcnəbilərlə bağlı dəyişikliklər edilir?
Dörd ildir davam edən genişmiqyaslı Ukrayna müharibəsi həm bu ölkədə, həm də qonşu dövlətlərdə əcnəbilərin yaşayışı və gediş-gəlişi ilə bağlı qaydalara təsir gö...