Türkiyədə uzun müddət axtarışda olan qadın Bakıda həbs olunub .
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əminə Mirzəyeva saxlanılıb. Onun Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri (qəsdən adam öldürmə və oğurluq) ilə beynəlxalq axtarışda olduğu bildirilir.
Ziya Səccad
BAKU.WS