VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xırdalanda çoxbərtəbəli binada yanğın hadisəsi baş verib. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə AAAF Park Yaşayış Kompleksinin Abşeron rayonu, 26-cı məhəllədə yerləşən binasında qeydə alınıb.

12 mərtəbli binada yanğın təxminən 09:20-də baş verib. Yanğını söndürmək üçün çox sayda yanğınsöndürən maşın əraziyə cəlb edilib. Qısa zamanda yanğını söndürmək mümkün olub. 

Yanğının hələlik hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə nəticəsində binada yaşayan sakinlər təxliyyə edilib. Hadisə şahidləri bildirir ki, 5 nəfər sakin yüngül xəsarət alıb. 

Şahin
BAKU.WS