Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi? - 01.08.2026
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi nigeriyalı vinger Kristian Nvaçukvunu transfer edib.
20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan "Sabah"a keçib. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Kristian Nvaçukvu karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" (2024/25 mövsümü) və Türkiyənin "Serikspor" (2026) klublarında da çıxış edib.
Qeyd edək ki, nigeriyalı futbolçu yeni mövsümdən etibarən "Sabah"ın uğurları üçün mübarizə aparacaq.
Oxşar xəbərlər
Harri Keyn üçün qızıldan butslar hazırlandı
Dünyanın ən bahalı futbol butsalarından biri Harri Keyn üçün xüsusi olaraq hazırlanıb. Almaniya millisinin hücumçusu bu butsalarla ilk dəfə ötən gün meydana çıx...