Göyçayda evdə partlayış olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Kürd kəndində qeydə alınıb. Fərdi yaşayış evində qaz sızması səbəbindən baş verən partlayış zamanı 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğlu və həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı ağır yanıq xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Y. Zərbəliyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS