SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Misirin Sinay yarımdasında qəzaya düşmüş Rusiyaya məxsus sərnişin təyyarəsinin içərisindən görüntülər yayılıb. 
 
BAKU.WS məlumat verir ki, Rusiyaya məxsus təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa yola düşərkən naməlum şəkildə radardan itmişdi. Rusiya KİV-i təyyarənin qəzaya uğradığını ehtimal edirdi.
 
Son görüntülərdən isə təyyərnin  içərisində tüstülənmə olduğu görünür. Bu tüstünün nədən qaynaqlandığı isə hələlik heç kimi bəlli deyil. Bəzi mətbu orqanlar təyyarənin İŞİD terror təşkilatı tərəfindən vurulduğunu iddia edir.
 
Aparılan son araşdırmalar da təyyarənin kənardan müdaxilə ilə qəzaya düşdüyünü gücləndirir. 
 
Xatırladaq ki, qəzaya düşən təyyarədə 224 nəfər olub. Onlarda 17-si uşaq olub.
 
Şahin Həbibov
BAKU.WS