SİZİN REKLAM BURADA!
055 213 76 73



Vəfat edən polisin həyat yoldaşı Daxili İşlər Nazirliyini məhkəməyə verib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Güldəstə Bayramova DİN-ə qarşı iddia qaldırıb.

O bildirib ki, polis olan əri 2013-cü il yanvarın 18-də işlədiyi idarədə fiziki və peşə hazırlığı zamanı vəfat edib.

G.Bayramova ərinin işdə ölməsinə əsaslanaraq DİN-dən onun 5 illik əmək haqqısı məbləğində kompensasiya tələb edib. Prosesə Dövlət Sığorta Kommersiya Şirkəti də üçüncü şəxs kimi cəlb edilib.

Lakin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi qadının iddiasını qeyri-mümkün sayıb. Qərardan apellyasiya şikayəti verilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə dekabrın 6-da davam etdiriləcək.

BAKU.WS