Bu gün Salyanın Xıdırlı kəndində yol qəzası baş verib.

 

BAKU.WS-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, qəzada ölən şəxs "Opel”in sürücüsü, Salyan şəhər sakini, 1958-cü il təvəllüdlü Həsənov Həsənbala Həbib oğludur. H.Həsənov deputat Fəzail Ağamalının köməkçisidir.


Qeyd edək ki, hadisə zamanı "Opel” markalı minik avtomobili qarpız daşıyan "QAZel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb, içindəki qarpızlar yola tökülüb.

BAKU.WS