35 yaşlı kürəkən 44 yaşlı qayınatasını ÖLDÜRDÜ: polis onu axtarır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qətl hadisəsi olub.
BAKU.WS-in Lent.az-a istinadla məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Şuşa şəhərciyində qeydə alınıb.
35 yaşlı Heydərov Taleh Qara oğlu şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qayınatası, 44 yaşlı Qənbərov Qabil Mirhüseyn oğluna çoxsaylı bıçaq zərbələri vurub.
Q.Qənbərov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hadisəni törədən T.Heydərov oradan qaçıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Polis T.Heydərovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...