Rusiyada 35-dən çox adam şaurmadan ZƏHƏRLƏNDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada 35-dən çox adam şaurmadan zəhərlənib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, İrkutsk vilayətində şaurma yeyən 35-dən çox adam səhhətinin pisləşməsi ilə əlaqədar Bratsk xəstəxanalarına müraciət edib.
Beşi uşaq olmaqla 11 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
Şəhər sakinləri şaurmanı "Shaurma I Want" "fast-food" kafesindən alıblar. Mütəxəssislər artıq qida, mətbəx texnikası və məişət cihazlarından nümunələr götürüblər.
Müstəntiqlər manqal sobaları və sənədləri götürüb, müəssisənin əməkdaşları bakterioloji müayinəyə göndərilib.
Oxşar xəbərlər
Restorandakı zəhərlənmə ilə bağlı həbslər başladı
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq zəhərlənən şəxslərlə bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasında...