SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bir çox evlər sel suları altında qalıb.

Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, onlarla ev və küçə su altında qalıb.

"Rayona yağan intensiv yağışlar nəticəsində Lənkəran çayı və digər xırda çaylarda su artımı olub. Nəticədə bir çox yeri sel aparıb. Hazırda mütəxəssislər ərazidə araşdırmalar aparır”, - deyə qurumdan bildirdilər.

İcra Hakimiyyətindən bildirdilər ki, hazırda yaranmış problemlər aradan qaldırılır. Ərazilərdən sel suları təmizlənir. Bundan əlavə, fövqəladə hallar komissiyası tərəfindən dəyən ziyan araşdırılır.

Lənkəran İcra hakimiyyətindən həmçinin bildirdilər ki, sel nəticəsində rayonda heç kim xəsarət almayıb.
 
Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir. Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni kəndi, Vilvan kəndi və Samurlu ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb. Yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağılıb.

Ziya Səccad

BAKU.WS