Dəhşətli hadisə oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində baş verib. Həyat yoldaşı ilə mübahisə edən Rufanə Cəfərli uşagını da götürərək atası evinə gəlib. Bakı şəhər sakini Emin Hüseynov kəndə gedərək arvadının qayıtmasını istəyib. O, münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb.
Şəmkir sakini də bıçaqlanaraq qətlə yetirilib. Rayonun Zəyəm qəsəbə sakini, 27 yaşlı Tural Məmmədov bıçaq xəsarətləri ilə Şəmkir rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub. İlkin məlumata görə, Tural Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.