SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın pytaxtı Moskva şəhərinin Novaya Moskva vilayətində narazı müştəri əslən Özbəkistandan olan miqrant Dastan Adexanovu 200 rubl (5.94 AZM) pulun üstündə öldürüb.

BAKU.WS-in məlumatına görə, Dastan bərbər işləyirmiş. Artıq axtarışda olan şəxs saç düzümünü bəyənmədiyinə görə onu əvvəl bayıra sürüyüb əzişdirib sonra isə əvvəlcədən hazırladığı şişlə onun ürək nahiyyəsinə 3 zərbə endirib.

Videoda göründüyü kimi ətrafdakı insanlar da ona kömək etməyib. Ərazidə çalışan digər insanlar hazırda mərhumu evinə, Özbəkistna göndərmək üçün pul yığırlar. 

Qeyd edək ki, Özbəkistandan olan miqrant Dastan Adexanovun 24 yaşı var idi. O, ailəsinin tək oğlu olub. 

Tuncay
BAKU.WS