SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən il Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxması ilə dünya mediasının gündəminə gələn suriyalı miqrant Üsamə Əbdel Möhsün oğlu Zeydlə birgə Azərbaycana gəlib.
 
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Suriyadan olan miqrantlar Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edirlər.
 
Üsamə Əbdel Möhsün Azərbaycanda olmasından məmnunluğunu bildirib: "Bakı çox gözəl şəhərdir. Doğrusu, Bakı ilə Avropanın aparıcı şəhərləri arasında heç bir fərq görmədim. Azərbaycanda olduğum üçün çox sevincliyəm”.
 
Üsamə Əbdel Möhsün Azərbaycanda öz ölkəsi kimi çox rahat olduğunu da söyləyib.   
 
Xatırladaq ki, Üsamə Əbdel Möhsün hazırda İspaniyada yaşayır və "Xetafe" məşqçilərinin məktəbində çalışır. Məktəb həmçinin Ü.Ə.Möhsünə İspaniyada ailəsi ilə məskunlaşmağa kömək edib. Lakin onun digər övladları və həyat yoldaşı hələ də Türkiyədə qaçqın həyatı yaşayırlar.
 
BAKU.WS