VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Suriyalı bir uşaq dünya liderlərinə səslənib.

BAKU.WS məlumat verir ki, Macarıstanda polisin ölkəyə girişlərinə icazə verməsini gözləyən suriyalı uşaq, jurnalistlərə açıqlamasında dünya liderlərinə önəmli mesaj verib:

"Heç kim suriyalıları sevmir. Nə Macarıstan, nə Makedoniya, nə Yunanıstan, heç kim. Bizim hazırda yardıma ehtiyacımız var. Biz də öz ölkəmizdə qalmaq, rahat yaşamaq istəyirik. Amma orda yaşamaq hazırda mümkün deyil. Sizdən təkcə istəyim müharibəni dayandırın".
 
Suriyalı uşaq bildirib ki, müharibə olmasa heç kim Avropaya gəlməz: "Xahiş edirəm müharibəni dayandırın!”, - deyə 13 yaşlı suriyalı Kənan əlavə edib. 
 
Ayşən Ayxan
BAKU.WS