VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Malta və Makedoniya Respublikasının prezidentləri iştirak edəcək

Məlumat verildiyi kimi, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Forumda iştirak etmək üçün Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya Respublikasının Prezidenti George İvanov Bakıya gələcək.

Qeyd edək ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulmuşdur. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.
 
BAKU.WS