SİZİN REKLAM BURADA!
055 213 76 73



İspaniyada çəkilən görüntülər qalmaqala səbəb olub. 

 
BAKU.WS məlumat verir ki, Çempionlar Liqasında "Atletiko" Madrid ilə PSV matçından əvvəl qalmaqallı hadisə baş verib. Belə ki, PSV futbol klubunun azarkeşləri suriyalı müsəlman qaçqınları məsxərəyə qoyublar. Oyunun başlamasını gözləyən azarkeşlər qaçqınlar olan tərəfə xırda qəpiklər atıblar. Hollandiyalı azarkeşlər qəpikləri yerdən yığan qaçqınları ələ salaraq gülüblər. Daha sonra başqa qrup azarkeşlər pul qaşrılığında suriyalı qadınlardan əyilib, qalxmalarını istəyib. Bütün bunlar isə bir nəfər tərəfindən videoya çəkilib. Azarkeşlərin bu davranışına heç kimin etiraz etməməyi diqqət çəkib. 
 
Sözügedən video sosial şəbəkələrdə, dünya mediyasında yayımlanaraq qınanıb. Avropanın mərkəzi sayılan İspaniyada müsəlman qaçqınlara qarşı belə kobud münasibət göstərilməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri hollandiyalı azarkeşləri qınayaraq "Avropa dəyərləri budur?" yazaraq etirazlarını bildiriblər. 
 
BAKU.WS