SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Ərzurum vilayətində dəhşətli cinayət baş verib.


BAKU.WS
-in məlumatına görə, gənc kişi özündən 10 yaş böyük sevgilisini vəhşicəsinə öldürüb. Hadisənin isə qısqanclıq üstündə baş verdiyi bildirilir. Belə ki, 28 yaşlı Lokman S. bir neçə il əvvəl tanış olduğu və mütəmadi oalraq gizlincə görüşdüyü 38 yaşlı Hanım Ç.-ni öldürüb. Kişi qadına 5 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, Hanım Ç.-nin 5 uşağı var və o, Hamza Ç. Ilə evlidir. Əri evdə olmayanda qadın məscidə getmək adı ilə çıxırmış və gənc sevgilisilə görüşürmüşlər.


Qadını hamı dindar biri kimi tanıyırmış. Onunla sevgilisi arasında mübahisə isə qısqanclıq səbəbindən yaranıb. Sevgilisi qadına ərindən ayrılmağı tələb edib. Qadın razı olmadıqda onu öldürüb.

Məhkəmədə verdiyi ifadədə də qətli namus üstə törətdiyini bildirib: "Namusum ləkələnirdi, onu təmizlədim”.

Ziya Səccad
BAKU.WS