SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gecə 22 radələrində Heydər Əliyev prospekti, Cavanşir körpüsünün altında Mercedes markalı avtomobil inəyi vurub. 
 
BAKU.WS-in məlumatına görə, C klass avtomobili iribuynuzlu heyvanı vurduqdan sonra hadisə yerindən yayınıb. Heyvan aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisə yerində maşının qırılmış ön şüşələri qalıb.
 
İnəyin yolun ortasına necə gəlib çıxdığı isə məlum olmayıb. 
 
Azad Əliyev 
BAKU.WS